Səfir: “Avstraliyanın siyasəti Dağlıq Qarabağı dövlət kimi tanımamaqdan ibarətdir”

12 Sentyabr 2015 18:00 (UTC+04:00)

"Avstraliyanın uzunmüddәtli siyasәti Dağlıq Qarabağı müstәqil dövlәt kimi tanımamaqdır".


Movqe.az-ın mәlumatına görә, bu sözlәri Avstraliyanın Türkiyәdәki, o cümlәdәn Azәrbaycanda akkreditә olunmuş sәfiri Ceyms Larsen özünün "Twitter" sәhifәsindә yazıb.


"13 sentyabra tәyin olunmuş "seçkilәr" davam edәn sülh danışıqları prosesinә vә Dağlıq Qarabağın hüquqi statusuna heç cür tәsir edә bilmәz", - deyә sәfir qeyd edib.