Mingəçevir sakini yeznəsini bıçaqlayıb

12 Sentyabr 2015 18:40 (UTC+04:00)

Mingəçevir şəhərində qohumlar arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

Movqe.az-ın məlumatına görə, hadisə şəhərin M.Maqomayev küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1984-cü il təvəllüdlü Məmmədov Yalçın Abdulla oğlu şəxsi münasibətlər zəminində baş verən dava zamanı bacısının əri, 1973-cü il təvəllüdlü Məmmədov Vüqar Rəhim oğlunu bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan V. Məmmədov Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. Onun hansı səbəbdən bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.