Vladimir Putin amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verib

13 Sentyabr 2015 10:40 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verib.


Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, fərman Kremlin rəsmi saytında dərc olunub.

"1969-cu ilin yanvarın 16-da ABŞ-da anadan olmuş Cons Roy Levestanın Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunması haqqında ərizəsi təmin edilsin", deyə fərmanda bildirilir.

Qeyd edək ki, Roy Cons bundan əvvəl onun vətəni ABŞ-dan Rusiyada daha çox qiymətləndirildiyini bildirib və Krıma səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş görüşündə ona Rusiya vətəndaşlığının verilməsini xahiş edib.