Putin: Donbasın taleyini Rusiya həll etməməlidir

13 Sentyabr 2015 11:40 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Donbas separatçılarının çağırışlarını şərh edərkən, bu cür məsələlərin "küçədə" həll olunmadığını bildirib.


"Bizim ruhumuz və qəlbimiz daim Donbasladır, lakin, təəssüflər olsun ki, bu ciddi məsələ Rusiya tərəfindən həll edilmir", deyə o qeyd edib.

Rusiya prezidenti həmçinin Minsk sazişlərinin alternativi olmadığını qeyd edərək, onların reallaşdırılması üçün ən əsas şərtin Kiyev rəhbərliyinin Donetsk və Luqansk "nümayəndələri" ilə birbaşa təmas qurması olduğunu vurğulayıb. O həmçinin razılaşmaların icra müddətinin uzadılacağını da istisna etməyib.