Münhen meriyası qaçqınların şəhərə axını ilə bacara bilməyəcəyini bildirib

13 Sentyabr 2015 12:20 (UTC+04:00)

Münhen rəhbərliyi həftəsonu qaçqınların şəhərə böyük axını ilə bacara bilməyəcəyinə dair xəbərdarlıq edib. 

Movqe.az-ın "BBC"yə istinadən verdiyi xəbərə görə, şəhərə gəlmiş və ya gəlməkdə olan 10 minədək qaçqın şəhərin yerləşdirmə imkanlarını 2 dəfə üstələyir.

Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi miqrant axını ilə bacarmaq üçün köməyə 4000 hərbçini hazırlıq vəziyyətinə gətirilib.

Bu arada Avropanın bir neçə şəhərlərində qaçqınlara dəstək aksiyaları keçirilir. Kopenhagendə aksiyaya 30 min insan çıxıb.

Həmçinin miqrantların əleyhinə də aksiyaları keçirilməsi planlaşdırırlar. Belə aksiyanın bu gün Varşavada keçiriləcəyi gözlənilir.