Səudiyyə Ərəbistanının kralı Məkkədə baş vermiş faciə yerinə gəlib

13 Sentyabr 2015 12:40 (UTC+04:00)

Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz Əl Səud Məkkədə qaldırıcı kranın düşdüyü Əl Əhrəm məscidinə gəlib.

Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə "Əl-Ərəbiyə" telekanalı məlumat yayıb.

Kral həmçinin xəsarət alanların yerləşdirildiyi xəstəxanaya da baş çəkib və hadisə ilə bağlı artıq istintaqın aparıldığını bildirib.

Qeyd edək ki, ötən gün güclü külək səbəbindən qaldırıcı kranın zəvvarların üzərinə aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər yaralanıb. Kranın aşmasına səbəb güclü külək olub.