Almaniya XİN: Berlindəki görüşdə Ukraynada təhlükəsizlik məsələləri üzrə irəliləyiş əldə olunub

13 Sentyabr 2015 14:02 (UTC+04:00)

Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer  bildirib ki, Berlində "normand formatı"nda keçirilən görüşdə iştirakçılar Ukraynanın şərqində təhlükəsizliyin təmin edilməsinə dair məsələlərin müzakirəsində xeyli irəliləyə biliblər.

Movqe.az-ın verdiyi xəbərə görə, nazirin sözlərinə görə, danışıqların yekununda iştirakçılar təhlükəsizliyə dair bütün məsələlər üzrə ümumi fikrə nail olublar.

Görüş iştirakçıları 100 mm kalibrli silahların təmas xəttindən geri çəkilməsi, Ukraynada yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi və konstitusiya islahatlarının icrası daxil olmaqla bir çox məsələləri müzakirə ediblər.



Qeyd edək ki, "Normand dördlüyü"nün XİN rəhbərləri son 14 ay ərzində artıq 7-ci dəfədir görüşürlər. İlk görüş 2014-cü ilin iyulun 2-də Berlində keçirilib. Sonuncu dəfə isə nazirlər 2015-ci ilin iyunun 23-də Parisdə görüşüblər.