Lənkəranda mağaza, Salyanda ev yanıb

13 Sentyabr 2015 15:46 (UTC+04:00)

Lənkəranda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən Movqe.az-a verilən məlumata görə, hadisə sentyabrın 13-də saat 04.00 radələrində rayonun Liman şəhər sakini, 1971-ci il təvəllüdlü Namiq Salman oğlu Allahverdiyevə məxsus ərzaq mağazasında qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların səyləri ilə güclü alov dalğasının yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 30 kv.m olan ərzaq mağazası içərisindəki mallarla birlikdə yanaraq külə dönüb.

Faktla bağlı araşdırma aparılır.

Salyan rayonunun Arbatan kəndində isə (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 66 kv.m olan bir mərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları 46 kv.m sahədə yanıb.

Movqe.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.