Türkiyənin Cizrə qəsəbəsində yenidən fövqəladə vəziyyət elan edilib

14 Sentyabr 2015 09:35 (UTC+04:00)

Türkiyənin Cizrə qəsəbəsində yenidən fövqəladə vəziyyət elan edilib.

Movqe.az-ın xəbərinə görə, Türkiyənin Şırnak rayonunun Valiliyi Cizrə qəsəbəsində bu gün saat 19.00-dan etibarən fövqəladə vəziyyət elan edib.

Valiliyin açıqlamasında bildirilib ki, qəsəbədə PKK terror təşkilatına qarşı aparılan əməliyyatlar davam etdiyi üçün mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə belə qərar qəbul olunub.

Qeyd edək ki, Cizrədə bu il sentyabrın 4-dən fövqəladə vəziyyət elan edilib. Həmin qərar dünən axşam saatlarında ləğv olunsa da, bu gün yenidən bərpa edilib.