Yunanıstan sahillərində batan miqrantların sayı 34-ə çatdı

14 Sentyabr 2015 09:45 (UTC+04:00)

Yunanıstana keçmək istəyən mühacirlərin olduğu qayığın batması nəticəsində ölən suriyalı mühacirlərin sayı 34-ə çatıb. Movqe.az-ın verdiyi məlumata görə, ölənlərdən 14-ü uşaq olub.

Xilas edilən miqrantlar Yunanıstanın sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən Farmakonisi adasına aparılıb.