Biləsuvarda orta məktəbdə direktorun otağı yanıb

14 Sentyabr 2015 10:40 (UTC+04:00)

Biləsuvar rayonunun Təzəkənd kəndində ümumi sahəsi 1561 kv.m olan birmərtəbəli, 18 sinifdən ibarət olan orta məktəbin sahəsi 15 kv.m olan direktor otağının yanar konstruksiyaları yanıb.

Movqe.az-ın FHN-in saytına istinadın verdiyi məlumata görə, məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.