Türkiyənin xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

14 Sentyabr 2015 11:10 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu sentyabrın 15-16-da Azərbaycanda rəsmi səfərdə olacaq.


Movqe.az-ın Türkiyə Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində F. Sinirlioğlunun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirəcəyi görüşdə iki ölkə arasında gündəmə dair məsələlər, regionda və dünyada baş verən hadisələr, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə olacaq.


Türkiyə XİN başçısının prezident İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşü də nəzərdə tutulur.