Maştağada 41 yaşlı kişi intihar edib

14 Sentyabr 2015 11:25 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib.


Sabunçu Rayon Prokurorluğundan Movqe.az-a verilən məlumata görə, Maştağa sakini, 1974-cü il təvəllüdlü İmran Sahib oğlu Bağırov yaşadığı evdə özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, bu bir neçə gün içərisində Maştağada qeydə alınan 3-cü intihar hadisəsidir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.