Bakıda qadın özünü 7-ci mərtəbədən atıb

14 Sentyabr 2015 12:10 (UTC+04:00)

Azərbaycan paytaxtında intihar hadisəsi baş verib.


Bakının Xətai rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, hadisə Gəncə prospekti ev 50, mənzil 75 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Natalya Denisova yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb və aldığı xəsarətdən hadisə yerindəölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.