Səfər Əbiyev Brüsselə getdi

9 Oktyabr 2012 11:44 (UTC+04:00)

Oktyabrın 9-da Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Brüsselə yola düşüb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir NATO və Əfqanıstana töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin növbəti iclasında iştirak edəcək.