Hacıqabulda avtomobil aşıb, eyni ailənin beş üzvü xəsarət alıb

14 Sentyabr 2015 12:30 (UTC+04:00)

Azərbaycanın Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qarasu kəndi ərazisində Laçın rayon sakini Şəmsi Məcnunovun idarə etdiyi 90 UL242 dövlət nömrə nişanlı "Naz Lifan" markalı avtomobil aşıb.Nəticədə Şəmsi Məcnunov və avtomobildə olan ailə üzvləri - Xələf Səmədov, Züleyxa Məcnunova, Gülxar Məcnunova, Zemfira Məcnunova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.