Qaxda mağaza qarət olunub

14 Sentyabr 2015 12:50 (UTC+04:00)

Qaxda mağaza qarət olunub.


Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 13-ü gecə saatlarında, Qax şəhəri, S. Vurğun küçəsində yerləşənqarışıq mallar mağazasında baş verib.


Mağaza sahibi Fikrət Heydərovun verdiyi məlumata görə, naməlum şəxs və yaxud şəxslər mağazanın qapısını sındırmaqla içəriyə daxil olaraq 800 manat dəyərində tütün məmulatları (siqaret), 200 manat dəyərində broyler toyuqları və ət məhsullarını aparıblar. O,mağazadan oğruluq edilməsi barədə Qax rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.


Qax RPŞ-dən bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirlər aparılır.