Elin Süleymanov: "ABŞ və Avropa İttifaqı Azərbaycanın müdafiəsi ilə bağlı çıxış etməyə həvəssizdirlər"

14 Sentyabr 2015 13:40 (UTC+04:00)

"Son bir neçə ildə biz ABŞ-da özümüzə qarşı müəyyən ritorikalar eşidirik ki, bu da bizim əməkdaşlığımıza uyğun deyil".



Movqe.az-ın məlumatına görə, bu sözləri İsraildə səfərdə olan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov yerli "jns.org" saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk vaxtlarından - 24 ildir ABŞ-la əməkdaşlıq edir: "Bizim aramızda təhlükəsizlik, enerji, iqtisadi inkişaf və hazırda isə təbii qaz sahəsində strateji xarakterli mükəmməl əlaqələr olub. İndi ABŞ mediası üçün Azərbaycanı tənqid etmək rahatdır. Hər ölkənin problemləri var, yeni yaranmaqda olan demokratiyayıq və öz xalqımız üçün ən yaxşı olanını etməyə çalışırıq".


Səfir Ukrayna məsələsindən fərqli olaraq, Azərbaycanın probleminə münasibətdə ikili standartların nümayiş etdirilməsi məsələsinə də toxunub: "Əgər dünya Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək üçün addım atsaydı, onda Ukraynada baş verənlər bu gün olmazdı. Həm Amerika, həm də Avropa İttifaqı Azərbaycanın müdafiəsi ilə bağlı çıxış etməyə həvəssizdirlər. Bu, qeyri-adekvatdır və acınacaqlıdır".