Bakıda sərxoş sürücü qəza törədib, ölən və yaralanan var

14 Sentyabr 2015 13:45 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Bakı şəhər Baş Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, sentyabrın 13-də saat 02:35 radələrində Salyan şossesində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Musa Həsənov sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarında dayanan Ağdam rayon sakini, 1961-ci il təvəllüdlü Gürşad Balakişiyevə məxsus QAZ-24 markalı avtomobilə vurub.


Nəticədə VAZ-2107 markalı avtomobilin sərnişini olan qadın hadisə yerində ölüb,M. Həsənov isə xəstəxanaya yerləşdirilib.



Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.