Bakıda 77 yaşlı qadına qarşı soyğunçuluq edən qardaşlar tutulub

14 Sentyabr 2015 14:05 (UTC+04:00)

Bakıda soyğunçuluqda şübhəli bilinən qardaşlar tutulub.


Bakı şəhər Baş Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 11-də M. Əhmədzadə küçəsində 1938-ci il təvəllüdlü Tamella İsmayılovanın qızıl boyunbağını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, Bakı şəhər sakinləri – 1982-ci il təvəllüdlü Nicat Xıdırov və qardaşı 1983-cü il təvəllüdlü Samir Xıdırov tutulublar.

Faktla bağlı araşdırma aparılır.