Nazir: “Uzun illərdən sonra bu il ali məktəblərə qəbulda balların endirilməsinə getmədik"

14 Sentyabr 2015 15:05 (UTC+04:00)

"Uzun illərdən sonra bu il ilk dəfə ali məktəblərə qəbulda elan olunmuş balların endirilməsinə getmədik. Bu prinsipial şəkildə verilən qərardır. Bilik səviyyəsi danışıqlar mövzusu ola bilməz. Bilik ya var, ya da yoxdur".


Movqe.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.


Təhsil naziri bildirib ki, bu il ali məktəblərə qəbul planı 85 faizdən çox yerinə yetirilib.


Nazirin sözlərinə görə, valideynlər övladının qəbul imtahanlarında daha yaxşı nəticə əldə etməsi üçün çıxış yolunu onun 10-11-ci siniflərdə məktəbə getməməsində görürlər: "Həm valideyn, həm də şagirdlər icbari təhsildən sonra keçirilən əlavə fənləri lazımsız hesab edirlər. Düşünürəm ki, təmayyüləşmə tətbiq edilən məktəblərinin sayı bu halı aradan qaldırmağa kömək edəcək".