Heydər Əliyev adına neft emalı zavodunun və "Azərneftyağ"ın köçürülməsi sürətlənib

14 Sentyabr 2015 15:45 (UTC+04:00)

Heydər Əliyev adına neft emalı zavodunun və "Azərneftyağ" neft emalı zavodunun köçürülməsi sürətlənib.

Movqe.az-ın məlumatına  görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidenti bildirib ki, bu ilin sonuna Heydər Əliyev adına neft emalı zavodunun maliyyələşdirilməsi və "Azərneftyağ" neft emalı zavodunda olan yeni bitum qurğusunun tikintisi həyata keçirilməlidir: "Artıq böyük qruplar bu layihələrin üzərində işləyir. Bu gün bu layihə artıq yekun maliyyələşdirmə qərarı (FİD - red.) səviyyəsinə gəlib çıxıb. Düşünürəm ki, 2018-ci ilin axırına biz zavodlarımızın modernləşdirmə işini başa çatdırıb "Euro-5" ekoloji standartı ilə keyfiyyətli benzin və dizel istehsal edəcəyik. Bununla da 2030-cu ilin ortalarına ölkədə benzinə və dizelə olan tələbatı hələlik bu zavodda həyata keçirəcəyik".

R. Abdullayev əlavə edib ki, bununla da, "Azərneftyağ"ın sökülüb bulvara birləşdirilməsi məsələsi həllini tapacaq. Bundan başqa, Heydər Əliyev adına neft emalı zavodunda modernləşdirmə işləri yekunlaşdırdıqdan sonra biz "Azərneftyağ" Bakı Şəhər İcra Hakimiyyətinə təhvil veriləcək.

"Heydər Əliyev adına neft emalı zavodunda inşa ediləcək yeni 500 min tonluq qurğu tikilib başa çatdırıldıqdan sonra, "Azərneftyağ"dakı bitum qurğusu fəaliyyətini dayandıracaq. Buna görə, ölkədə bitum qıtlığı gözlənilmir", - deyə SOCAR prezidenti bildirib.