Azərbaycan ilk telekommunikasiya peykini yanvarda orbitə buraxacaq

9 Oktyabr 2012 14:43 (UTC+04:00)
Azərbaycanın ilk süni telekommunikasiya peyki "Azerspace-1" 2013-cü ilin yanvar ayında orbitə buraxılacaq.

"APA-ECONOMICS"in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Qeyd edək ki, "Azerspace-1" telekommunikasiya peykinin Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılması planlaşdırılır. Peykin istehsalı isə ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən aparılıb. Bu ilin avqust ayında peykin orbitə çıxarılması və orbitdə bir illik istismar dövrü üçün Böyük Britaniyanın "Marsh" sığorta brokeri vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə imzalanıb.