Bakıda və Kürdəmirdə narkotik becərən şəxslər tutulub

14 Sentyabr 2015 16:10 (UTC+04:00)

Bakıda və Kürdəmirdə narkotik becərən şəxslər tutulub.


Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyiməlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı qəsəbəsində yaşayan Kənan Quliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 568,5 qram olan 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Sığırlı kəndində yaşayan Novruz İsmayılovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 96 kiloqram olan 120 ədəd çətənə kolu və 1 kiloqram marixuanaaşkarlanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.