Mobil proqram sektoru inkişaf edir

9 Oktyabr 2012 15:29 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da 500 milyondan çox insanın mobil proqramları hazırladığı müəyyən olunub.Beynəlxalq Kabelsiz Əlaqə Fondu (CTIA) və Proqram Qurucuları Birliyi (Application Developers Alliance) tərəfindən nümayiş olunan hesabatda verilən  məlumatlara görə, ABŞ-da 519 min nəfər mobil proqramları sektorunda işləyir. Bu rəqəm ötən ilin son yarısında 466 min nəfər idi. Hesabatda, bu sahədə Kaliforniya ilə Vaşinqton kimi əyalətlərin mühüm rol oynadığı deyilib."CTIA"nın araşdırmasına görə 11 fərqli əməliyyat sistemində 24 milyon proqram mövcuddur.