Rusiyada adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

14 Sentyabr 2015 17:00 (UTC+04:00)

Rusiyada adam öldürməkdə şübhəli bilinən şəxs Azərbaycanda tutulub.

Movqe.az-ın məlumatına görə, Şəmkir şəhər Polis Şöbəsindən APA-ya bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə)ilə axtarışda olan Vidadi Həsənov saxlanılıb.