"Onları toyuma dəvət etməyəcəm" - Namiq

14 Sentyabr 2015 17:03 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sənətçi "Onlar"a açıqlamasında mərasimdən sonra bal ayına gedəcəyini deyib:


"Sənət dostlarımdan bəzilərini toya çağırmayacam. Neçə ildir sənətdəyəm. Əksəriyyətinin xoş günündə iştirak etmişəm. Eləsi var ki, toyuna çağırmayıb. Onları mən də dəvət etməyəcəm. Toydan sonra bal ayına gedəcəm. Bu yay dincəlməmişəm. Bir neçə isti ölkəyə gedəcəm".


Qeyd edək ki, N.Qaraçuxurlunun toyu oktyabrın 12-də olacaq.