Goranboy rayonunda minik avtomobili yük maşınına çırpılıb, 1 nəfər ölüb

14 Sentyabr 2015 17:30 (UTC+04:00)

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 13-də Goranboy rayonunun Şəfibəyli kəndində rayon sakini Telman Əmrahov idarə etdiyi "VAZ-21011" markalı avtomobili yolun kənarında dayanmış Səyyaf Həsənova məxsus "HOVO" markalı avtomobilə vurub. Nəticədə T. Əmrahov hadisə yerində ölüb.

Goranboy rayon Polis Şöbəsitərəfindən araşdırma aparılır.