Azərbaycanda istirahət günləri baş vermiş yol qəzalarının sayı açıqlanıb

14 Sentyabr 2015 18:00 (UTC+04:00)

Azərbaycanda istirahət günləri baş vermiş yol qəzalarının sayı açıqlanıb.

Movqe.az-ın DİN-nin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 12-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Sentyabrın 13-də isə respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.