Səhiyyə və İqtisadiyyat və Sənaye nazirlikləri qiyməti təsdiqlənmiş dərman vasitələrinə nəzarətə başlayacaq

14 Sentyabr 2015 18:30 (UTC+04:00)

"Sabahdan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti iləSəhiyyə NazirliyininAnalitik Ekspertiza Mərkəzinin mütəxəssisləri birlikdə ölkə üzrə apteklərdə qiyməti təsdiqlənmiş dərman vasitələrinə nəzarətə başlayacaqlar".


Movqe.az-ın məlumatına görə, bunu APA-ya Səhiyyə NazirliyininAnalitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.P. Əzizbəyovun sözlərinə görə, apteklərdə qanunsuzluq aşkarlanacağı təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vəSəhiyyə NazirliyininAnalitik Ekspertiza Mərkəzi arasında ötən ay razılaşma imzalanıb.


Razılaşmaya əsasən dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq. Yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.