SOCAR avrobondların yeni buraxılışını planlaşdırmır

14 Sentyabr 2015 17:34 (UTC+04:00)

SOCAR avrobondların yeni buraxılışını hələ planlaşdırmır. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.


O bildirib: "Neftin qiymətlərinin ucuzlaşmasına görə SOCAR-ın gəlirləri xeyli azalsa da, avrobondların buraxılışını planlaşdırmırıq".


Qeyd edək ki, SOCAR bu ilin martında gəlirliliyi 6,95 faiz olan 750 milyon dollar həcmində 15 illik avrobondlar yerləşdirib.