Dahilərin ağlınıza gətirə bilməyəcəyiniz keçmişi

14 Sentyabr 2015 17:53 (UTC+04:00)
Tanıdğımız bir çox dahilərin keçmişi haqqında o qədər də məlumatı deyilik.Bu dahilərin keçmişi sizləri heyrətə gətirəcək.Movqe.az oxucularına bu cür dahilərdən bir neçəsini təqdim edir:








 

Tomas Edison

 

Tomas Edisonu təhsil almağa başladığı dördüncü ayda artıq məktəbdən qovdular. Müəllimi onun əqli cəhətdən zəif olduğunu hesab edirdi.




Çarlz Darvin

Tibbi tərk edən Darvinə atası kinayə ilə bildirirdi ki, səni itləri və siçanları tutmaqdan başqa heç nə maraqlandırmır.




Albert Eynşteyn


Eynşteyn 4 yaşına qədər danışa bilmirdi. Onun da müəllimi onu əqli cəhətdən zəif biri kimi xarakterizə edirdi.




Ogyüst Roden


Dahi heykəltəraş Rodenin atası deyirdi: "Mənim oğlum tam bir axmaqdır. O 3 dəfə cəhd etsə də incəsənət məktəbinə daxil olmağı bacarmadı".




Volfqanq Amadey Motsart


Dahi bəstəkar Motsartın "Fiqaronun toyu" əsərinə İmperator Ferdinand demişdi ki, bu əsərdə həddindən artıq çox not və az səs var.




Dmitri Mendeleyev


Mendeleyev isə kimya dərslərindən həmişə 3 qiymət alırdı.




Henri Ford


"Ford" avtomobillərinə baxanda biz onun yaradıcısı Henri Fordun çox zəngin, uğurlu biznesmen olduğunu düşünürük. Lakin bizlərdən çox az insan Fordun yazmağı və oxumağı bacarmadığını bilir. Həmçinin Ford maliyyə uğurları əldə etməzdən əvvəl bir neçə dəfə müflis olduğunu bəyan etmişdi.





Guqlielmo Markoni


Markoni radionu icad etdikdə dostlarına bildirmişdi ki, məsafələr nə qədər uzaq olsa da hava vasitəsilə məlumatları ötürəcək. Bunu eşidən dostları onu dəli hesab etmiş və psixiatra aparmışdılar. Lakin bir neçə ay sonra onun radiosu bir çox dənizçinin həyatını xilas etmişdi..