Azərbaycanın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılacaq

14 Sentyabr 2015 21:28 (UTC+04:00)

Sabah saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Yekəxana" və Astara magistral qaz kəmərləri sahəsinin "Orduxal" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.


SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, təmir müddətində Göyçay rayonunun Yekəxana, Qaraməryəm və Şahsoltanlı, həmçinin Lerik rayonunun Orduxal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.