"Anadan belə olmuşam, qaşlarım nazikdir" - Nadir Qafarzadə

14 Sentyabr 2015 18:32 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bu sözləri "ATV Maqazin"ə açıqlamasında müğənni Nadir Qafarzadə deyib:


"Əllərindən heç nə gəlmir. Oturub Nadirin toylarını, geyimlərini, pulunu sayırlar. Axı mən sizin həyatınızda baş verənləri soruşmuram? Hər şey çərçivədə olmalıdır. Özünü eybəcər hala salırsansa, mən günahkaram? Mən qaşlarımı almıram. Anadan belə olmuşam, qaşlarım nazikdir. Şər atıb, babal yumayın. Qaşımı alsam da, saçımı keçəl etsəm də heç kimdən soruşmayacam. Mən başqalarının etməyinə də pis baxmıram. Hər kəs o dünyada öz günahının cavabını özü verəcək".