"Mən onun sayəsində müğənni olmuşam"

14 Sentyabr 2015 18:38 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sənətçi "Şokolad" verilişində bunları deyib:


"1997-ci ildə Hikmət Mirməmmədlinin məsləhəti ilə Brilliant xanıma mahnı vermək qərarına gəldim. Telefonuna zəng vurdum, həyat yoldaşı Ədalət Hacıyevlə danışdım. Dedi, "Mahnını yaz kasetə, gətir Rus Dram Teatrına". Apardım, neçə gün keçdi, səs gəlmədi. Ədalət bəyə zəng edəndə gah dedi xaricdədir, gah dedi Türkiyədədir. Hikmət Mirməmmədliyə zəng vurdum ki, "Göndərdiniz yanına, Brilliant Dadaşova məni süründürür, mahnımı oxumur". O da cavab verdi ki, "Oxumur, özün oxu". O gündən mən müğənni oldum. Sənətə gəlməyimdə onun böyük zəhməti olub. Yəni mən onun sayəsində müğənni olmuşam".