Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahələrinin büdcədə payı 4 faiz təşkil edəcək

14 Sentyabr 2015 23:31 (UTC+04:00)

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,0 faiz olmaqla (əvvəlki illə müqayisədə 2,3 faiz-bənd çox), mütləq ifadədə 652,7 milyon manat təşkil edəcək.

Movqe.az-ın  məlumatına görə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə ayrılan vəsaitin 140,9 milyon manatı və yaxud 21,6 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə, 66,9 milyon manatı və yaxud 10,3 faizi radio, televiziya və nəşriyyat, 444,9 milyon manatı və yaxud 68,1 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizm və digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönəldiləcək.