2016-cı ildə Azərbaycanda Qlobal Bakı Forumunun IV toplantısı keçiriləcək

15 Sentyabr 2015 00:03 (UTC+04:00)

Oktyabrın 8-9-da Bolqarıstan prezidenti Rosen Plevneliyevin himayəsi ilə Sofiya şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış" mövzusunda 6-cı Ali səviyyəli toplantısı keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində Qlobal Bakı Forumunun IV toplantısına hazırlıqla əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin təşəbbüsü ilə təsis edilmiş Təşkilat Komitəsinin ilk iclası da baş tutacaq.

Qeyd edək ki, Təşkilat Komitəsinə iki ölkənin hazırki dövlət başçısı - Bolqarıstan prezidenti Rosen Plevneliyev və Makedoniya prezidenti Gyorge İvanov da daxildir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri -Latviyanın keçmiş prezidentiVayra Vike-Freyberqavə İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, həmçinin mərkəzin Qəyyumlar Şurasının sədri Nazim İbrahimov Təşkilat Komitəsinin üzvüdürlər.

Bununla yanaşı, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq prezidentiPetar Stoyanovvə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku, Kanadanın keçmiş baş naziri Jan Kretien, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini, Finlandiyanın sabiq prezidenti Tarya Halonen və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Katibliyi də Qlobal Bakı Forumunun IV toplantısına hazırlıqla əlaqədar Təşkilat Komitəsinin üzvləri sırasına daxildir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumunun IV toplantısının 2016-cı ildə 10-11 mart tarixində Bakı şəhərində keçirilməsi planlaşdırılır.