Çex Prezidenti Miloş Zeman Azərbaycana rəsmi səfərə gəlib

15 Sentyabr 2015 10:00 (UTC+04:00)

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Çex Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.