Bakıda "yaşıl dalğalar"ın sayı artırılır

15 Sentyabr 2015 10:24 (UTC+04:00)

Bu gündən etibarən Bakı şəhərində yeni, 2015/2016-cı tədris ilinin başlanması ilə əlaqədar avtomobil yollarında hərəkəti asanlaşdırmaq və sıxlığın qarşısını almaq məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "yaşıl dalğa"ların (işıqforlarda ardıcıl yaşıl işıqların yanması) sayını artırır.

Həmin küçələrin adları artıq müəyyənləşdirilib:

"Yaşıl dalğa" prinsipi ilə işləyən küçə və prospektlər
Hərəkət istiqaməti
1 Abbasqulu ağa Bakıxanov küçəsi
2 Rəşid Behbudov küçəsi
3 Tbilisi prospekti
4 Üzeyir Hacıbəyov küçəsi
5 Zərifə Əliyeva küçəsi
6 Akademik Həsən Əliyev küçəsi
7 Alfred Nobel prospekti
8 Hüseyn Cavid küçəsi
9 Bülbül prospekti
10 Səməd Vurğun küçəsi
11 Cəfər Cabbarlı küçəsi
12 Hənifə Ələsgərova küçəsi
13 Təbriz küçəsi
14 Abbas Mirzə Şərifzadə küçəsi
15 Qara Qarayev prospekti



Qeyd edək ki, "yaşıl dalğa"lar əsasən təhsil ocaqları olan ərazilərdə həyata keçirilir, yəni universitetlər, texnikumlar və orta təhsil müəssisələri olan əraziləri əhatə edir. Qeyd olunan küçələrdə işıqforun ardıcıl olaraq yaşıl yanması, yəni həmin ərazidə avtomobillərin dayanmadan hərəkəti nəzərdə tutulur. Həmin ərazilərdə "yaşıl dalğa"ların sayı xüsusilə artırılıb və bu proses davam edir.