Bakının bir çox küçə və prospektlərində tıxac yaranıb

15 Sentyabr 2015 11:02 (UTC+04:00)

Hazırda Bakı şəhərininmüxtəlif yol və prospektlərində böyük tıxac yaranıb.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Movqe.az-a verilən məlumata görə,HəsənƏliyev, SəmədVurğun, 28 May, A.Bakıxanov, ZərifəƏliyeva, RəşidBehbudov, A.Salamzadə, Niyazi, İnşaatçılar, Şeyx Şamil, Ə.Haqverdiyev və N.Yusifbəyliküçələrində böyük tıxac yaranıb.

Bununla yanaşı, əsas prospektlərdə də analoji hərəkət sıxlığı müşahidə olunur. Belə ki, Tbilisi prospekti (şəhər mərkəziistiqamətində),Ziya Bünyadov prospekti ("Koroğlu" m/st. istiqamətində) və N.Nərimanov prospektində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.