Mourinyo futbolçularına qadağa qoyub

15 Sentyabr 2015 12:53 (UTC+04:00)

Premyer Liqanın 2015/16 mövsümünə uğursuz start verən son çempion "Chelsea" 5 turdan sonra 17-ci pillədə qərarlaşıb. Hər zaman diqqəti cəlb edən açıqlamaları ilə gündəmə düşən komandanın baş məşqçisi Joze Mourinyo bu dəfə maraqlı qərarı ilə yadda qalıb. Movqe.az "The Telegraph"a istinadən məlumat verir ki, portuqaliyalı mütəxəsis məşq zamanı futbolçularına zarafat etməyə qadağa qoyub. O, hesab edir ki, "Maccabi" və "Arsenal"la oyun ərəfəsində yetirmələri tamamilə məşq prosesinə köklənməlidir.