İlham Əliyev 148 nömrəli tam orta məktəbdə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

15 Sentyabr 2015 13:27 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də- Bilik günündə Bakının Sabunçu rayonundakı 148 nömrəli tam orta məktəbdə yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.


Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.


Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitlə tanış oldu.


Sonra Azərbaycan Prezidenti məktəbin müəllim və şagird kollektivi ilə görüşdü.


Sonda xatirə şəkli çəkdirildi.