Amerikalı general: “Bunun üçün Əsəd getməlidir”

15 Sentyabr 2015 13:45 (UTC+04:00)

Movqe.az məlumat verir ki, BBC-nin suallarını cavablandıran Allen Suriyadakı hazırkı vəziyyətin Əsəd rejimi tərəfindən yaradıldığını deyib.

"Əsəd öz xalqına qarşı müharibəyə başlamağı seçdi. Onun bu qərarı hazırda qarşı-qarşıya qaldığımız böhranı doğurdu. Suriyadakı mübarizə yalnız İŞİD-ə qarşı deyil, həm də siyasi və diplomatik bir həll üçün zəmin hazırlamaqdır. Bunun üçün isə Əsəd iqtidardan getməlidir", - amerikalı general vurğulayıb.

O, İŞİD-ə qarşı mübarizədə böyük uğurların əldə olunduğunu əlavə edib.