Səhiyyə Nazirliyi rezidenturaya qəbul olunanlara xəbərdarlıq edib

15 Sentyabr 2015 13:50 (UTC+04:00)

Namizdələr sənədlərlə birlikdə əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməlidirlər

Səhiyyə Nazirliyi 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olunanlara xəbərdarlıq edib.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, qeydiyyatdan keçən şəxslər sentyabrın 30-dək müəyyən olunan sənədləri klinik bazalara təqdim etməlidirlər.

Sənədlərə ali əsas tibb təhsili haqqında diplom, tərcümeyi-hal, sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası (mövcud olduğu halda), dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda), soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd, 2 ədəd 3 x 4 fotoşəkil aiddir. Namizdələr sənədlərlə birlikdə əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməlidirlər.

Xatırladaq ki, klinik bazalarda rezidentura hazırlığı oktyabrın 1-dən başlayır.