Putin Sarkisyanla Qarabağ məsələsini müzakirə edəcək

15 Sentyabr 2015 14:13 (UTC+04:00)

Bu barədə Movqe.az Rusiya KİV-nə istinadən məlumat  verir.

İclasda Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan liderləri iştirak edəcək.

Görüşün gündəliyinə dünyada və regionda olan aktual məsələlər daxil edilib.

2015-2016-cı illərdə quruma sədrlik Ermənistana keçəcək. Sarkisyan şuranın iclası zamanı ölkəsinin KTMT-ya rəhbərlik etdiyi dövrdə prioritetlərini açıqlayacaq.

Sarkisyan və Putinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin də müzakirə ediləcəyi istisna edilmir. Çünki, bu məsələnin, cəbhədəki son günlər müşahidə olunan gərginliyin Düşənbə görüşü zamanı Rusiya–Ermənistan arasında ətraflı müzakirə ediləcəyi anonsunu hələ Moskvada Serj Sarkisyan vermişdi.

Xatırladaq ki, sentyabrın 8-i Moskvada baş tutan görüş zamanı Ermənistan prezidenti Vladimir Putinə Azərbaycandan şikayət etməyi də unutmayıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında cəhdlərinizə görə sizə təşəkkür edirəm. Son iki həftə ərzində sərhəddə vəziyyət gərginləşib. Son vaxtlar Azərbaycan tərəfi iri çaplı odlu silahlardan başqa artileriyadan da istifadə edir. Əlbəttə ki, biz cavab vermək məcburiyyətində qalırıq. Mən bu haqda KTMT-nin Düşənbə sammitində ətraflı danışacağam".