Sabah Azərbaycanda yağış yağacaq

15 Sentyabr 2015 14:18 (UTC+04:00)

Bakıda şimal küləyi əsəcək

Sentyabrın 16-də Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Bu barədə Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, sabah paytaxtda şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 26-29 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.