Novruz Məmmədov: “Beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar”

15 Sentyabr 2015 14:24 (UTC+04:00)

"Avropanın bir sıra dövlətləri hesab edirlər ki, bütün ölkələrin onların qarşısında öhdəlikləri var, amma özlərinin heç bir öhdəliyi yoxdur".

Movqe.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün twitter səhifəsindəki səhifəsində bildirib. N.Məmmədov qeyd edib ki, beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar: "Onlar bu prosesləri maraqları çərçivəsində istədikləri formada, məzmunda və istiqamətdə yaymaqla, mövqe formalaşdırmaqla məşğuldurlar. Universal dəyərlərdən danışmaqdan yorulmayan Qərb və Avropada deyəsən heç bir dəyər qalmayıb".