Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib

15 Sentyabr 2015 18:52 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.