Gəncədə “Kamaz” aşdı, sürücü xəsarət aldı

16 Sentyabr 2015 10:48 (UTC+04:00)

Movqe.az-ın Kəpəz TV-yə (Region TV) istinadən məlumatına görə, hadisə bü gün səhər saat 7 radələrində şəhərin Nəriman Nərimanov prospektində baş verib.


34 yaşlı Ağstafa şəhər Qırılı kənd sakini Şahmar Qurbanov Bakıdan "Kamaz"la taxta gətirərkən avtomobilin kabinəsi aşıb. Bu zaman orada olan taxtalar nəqliyyat vasitəsinin üzərinə tökülüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Müayinələr zamanı Şahmar Qurbanovun bel nahiyəsində və qolunda əziklər olduğu müəyyən edilib.