Sumqayıtda avtomobil yanıb

16 Sentyabr 2015 11:24 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus "BMW" markalı minik avtomobili qəflətən yanmağa başlayıb. Nəticədə avtomobilin yanar hissələri yanaraq sıradan çıxıb.


Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində yaxınlıqdakı tikililəri yanğından mühafizə etmək mümkün olub. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.